Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 4%-ə yaxın artırıb

0
86

Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 53 053,7 milyon ABŞ dolları təşkil edib.

“Terefsiz.az” xəbər verir ki, bunun 85,5 %-i və yaxud 45 386,4 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 14,5 %-i və yaxud 7 667,3 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 375 milyon dollar və yaxud 0,7 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 79,6 milyon dollar və yaxud 0,2 %, AMB-nin valyuta ehtiyatlarında isə 295,4 milyon dollar və yaxud 4 % artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 793,5 milyon dollar və yaxud 3,5 % artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 160 milyon dollar və yaxud 2,6 %, AMB-nin valyuta ehtiyatları isə 633,5 milyon dollar və yaxud 9 % artım nümayiş etdirib.

Tarix ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları)
01.10.2022 45 386,4 7 667,3 53 053,7
01.07.2022 45 306,8 7 371,9 52 678,7
01.04.2022 45 264,0 7 136,5 52 400,5
01.01.2022 45 025,1 7 075,4 52 100,5
01.10.2021 44 226,4 7 033,8 51 260,2

terefsiz.az