Rusiyalı məşhur dj Andrey Şirman (Dj Smash) “Vahid Rusiya” partiyasının deputatı Aleksandr Telepnev və onun dostu Sergey Vankeviçdən 11 milyon rubl (təxminən 289 min manat) təzminat alıb.

0
402

Rusiyalı məşhur dj Andrey Şirman (Dj Smash) “Vahid Rusiya” partiyasının deputatı Aleksandr Telepnev və onun dostu Sergey Vankeviçdən 11 milyon rubl (təxminən 289 min manat) təzminat alıb.

Terefsiz.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna hər iki şəxsin gecə klublarının birində dj-i döyməsi səbəb olub.

Məhkəmənin qərarına əsasən, 247 min rubl mənəvi zərər, itirilmiş gəlirləri üçün isə 10 milyon 794 min rubl pul alıb.

Qeyd edək ki, tərəflər gecə klubunda Dj Smash onlarla selfi çəkdirmədiyi üçün dava salaraq, onu döyüblər.