Ərdoğan: “Rusiya-Ukrayna danışıqlarının tezliklə bərpasının tərəfdarıyıq”

0
100

Türkiyə münaqişəyə son qoymaq üçün Rusiya və Ukrayna arasında danışıqların tezliklə bərpasının tərəfdarıdır.

“Terefsiz.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə deyib.

“Biz Rusiya ilə Ukrayna arasında qarşıdurmaya tez bir zamanda son qoymaq və münaqişənin ədalətli həllinə imkan yaratmaq üçün danışıqlar masasına qayıtmağı zəruri hesab edirik”, – Türkiyə dövlət başçısı vurğulayıb.

Ərdoğan bildirib ki, Türkiyə Rusiya və Ukrayna ilə yüksək səviyyəli danışıqlar zamanı əsas diqqəti noyabrın 19-da başa çatacaq taxıl müqaviləsinin uzadılmasına yönəldəcək.

Qeyd edək ki, Rusiya və Ukrayna ilə yüksək səviyyəli diplomatik səylər nəticəsində taxıl dəhlizinin fəaliyyəti bərpa edilib, həmçinin yaxın vaxtlarda əsas səylərin uzadılmasına yönəldilməsi qərara alınıb.

terefsiz.az