KİV: “ABŞ Səudiyyəyə mümkün hücum xəbərindən sonra İran yönündə təyyarələr göndərib”

0
82

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Tehranın Səudiyyə Ərəbistanına hücum hazırladığına dair məlumat aldıqdan sonra İran istiqamətində təyyarələr yönləndirib.

“Terefsiz.az” xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Post” qəzeti öz mənbələrinə yazıb.

Bildirilib ki, operativ məsuliyyət zonasına digər məsələlərlə yanaşı Yaxın Şərqi də daxil edən CENTCOM kəşfiyyat məlumatlarını əldə etdikdən sonra Kəngər körfəzi bölgəsində yerləşən döyüş təyyarələrini İran istiqamətində göndərib. Həmin məlumatlarda Səudiyyə Ərəbistanındakı hədəflərə qarşı “İranın ballistik raketləri və pilotsuz uçuş aparatlarının hazırlandığına” dair iddialar yer alıb. Qəzetin qeyd etdiyi kimi, krallıqda yerləşən ABŞ Silahlı Qüvvələri və Səudiyyə ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Hadisənin tam olaraq nə zaman baş verdiyi dəqiqləşdirilməyib.

Nəşr yazıb ki, İran yönündə təyyarələrin göndərilməsi “hərbi güc nümayişi” və müdafiə sahəsində ABŞ-Səudiyyə “tərəfdaşlığının əhəmiyyətinin illüstrasiyası” idi.

“CENTCOM Səudiyyə Ərəbistanı ilə çoxilli strateji hərbi tərəfdaşlığımıza sadiqdir. Biz əməliyyatın təfərrüatlarını müzakirə etməyəcəyik”, – Komandanlığın sözçüsü Co Buççio nəşrə deyib.

terefsiz.az