“Bu il 1100 mənzil şəhid ailələrinə və qazilərə təqdim edilib”.
“Terefsiz.az”ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu il üzrə şəhid ailələrinə və qazilərə, ümumilikdə, 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub.
Nazir müavini deyib ki, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər avtomobillə də təmin edilir: “Belə ki, postmüharibə dövründə 300-dən çox, ümumilikdə, ötən dövrdə 7500-dən çox avtomobil təqdim olunub”.