Ukrayna XİN başçısı dünyanı Qolodomor faciəsini soyqırımı kimi tanımağa çağırıb

0
77

“Qolodomor faciəsinin ukraynalıların soyqırımı kimi tanınması üçün bu gün ən yaxşı vaxtdır. Çünki indi ölkəmizdə növbəti fəlakət baş verib”.

“Terefsiz.az” “RBK Ukraina” ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Almaniyanın “Velt” qəzetində yazdığı məqaləsində bildirib.

Nazir Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının başlanğıcından rəsmi Berlinin Kiyevə verdiyi dəstəyə, bir sıra inqilabi qərarların qəbuluna, silah-sursat tədarükünə və Kremllə əlaqələrin kəsilməsinə görə Almaniya rəhbərliyinə təşəkkür edib.

D.Kulebanın fikrincə, Rusiyanı ancaq güclə dayandırmaq mümkündür: “Həm silah, həm də ədalətin gücü ilə. Yalnız bu formada qarşı tərəflə danışıqlar masasına əyləşmək olar”.

Qeyd edək ki, Qolodomor hadisəsi 1932-ci ilin aprelindən 1933-cü ilin noyabrına qədər davam edib. Tədqiqatçılar, azı 3 milyon uşaq da daxil olmaqla 7 milyondan çox ukraynalının dünya tarixində tayı bərabəri olmayan insanlığa qarşı bu cinayətin qurbanı olduqlarını iddia edirlər.

terefsiz.az