ABŞ-ın “Budweiser” şirkəti Qətərdə keçiriləcək dünya çempionatının qalibi olan ölkəyə 75 milyon avroluq pivə verəcək.
“Terefsiz.az”ın məlumatına görə, şirkət bu barədə rəsmi tviter hesabında bildirib.
Qərar Qətərdəki stadionlarda pivə satışının qadağan olunmasından sonra qəbul edilib.
“Budweiser” bu məqsədlə hazırlanan tonlarla pivəni qalib komandaya vermək qərarına gəlib.
Qeyd edək ki, DÇ-2022 dekabrın 18-də başa çatacaq. FIFA daha əvvəl Qətərdəki stadionlarda pivənin satılmayacağını açıqlayıb.
New Day, New Tweet. Winning Country gets the Buds. Who will get them? pic.twitter.com/Vv2YFxIZa1
— Budweiser (@Budweiser) November 19, 2022