Azərbaycanda özəl sektorun investisiya qoyuluşu 11 % artıb

0
96

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti istisna olmaqla özəl sektorun investisiya qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 % artaraq 3 082 milyon manat təşkil edib.

“Terefsiz.az” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də bildirib.

“Qeyri-neft-qaz və tikinti-quraşdırma sektorunda sərmayələrdə yüksək dinamika müşahidə olunur”, – deyə o, qeyd edib.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 11 774,5 milyon manat və yaxud ötən ilin eyni dövrünə nisbətən 8,2 % çox vəsait yönəldilib.

terefsiz.az