Ağsu sakini naməlum vəhşi heyvanın hücumuna məruz qalıb

0
65

Ağsu sakini naməlum vəhşi heyvanın hücumuna məruz qalıb.

“Terefsiz.az”  “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Daşdəmirbəyli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 36 yaşlı Sakit Bağırov gecə küçədə gedərkən naməlum vəhşi heyvan qəflətən onun üstünə hücum edərək sol biləyindən dişləyib. Özünü itirməyən S.Bağırov heyvanın boğazından yapışaraq yerə çırpıb. Lakin heyvan yenidən onun sifətindən yapışıb.

Səs-küyə yaxınlıqdakı evlərdə yaşayan sakinlər köməyə gəlib. Bu zaman vəhşi heyvan qaçaraq ərazidən uzaqlaşıb.

Yaralı xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib. S.Bağırovun sifətinin müxtəlif nahiyəsinə tikiş vurulub.

Hələlik ona hansı vəhşi heyvanın hücum etdiyi məlum deyil.

Sakinlərin sözlərinə görə, artıq bir neçə ildir ki, gecələr kənddəki həyətlərə vəhşi heyvanlar soxulur, ev heyvanlarına hücum edirlər.

Həmin heyvanın yaxınlıqdakı dağlıq və meşəlik ərazilərdən gəldiyi güman olunur.

terefsiz.az