Azərbaycanın təşəbbüsü ilə ipəkçilik UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib

0
66

İpəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

“Terefsiz.az” təşkilatın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, nominasiya UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında qəbul edilib.

Ərizə Azərbaycan, Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan tərəfindən irəli sürülüb.

terefsiz.az