İran 2026-cı ilə qədər BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılıb

0
67

BMT-nin İqtisadi və Sosial Şurası İranın 2026-cı ilə qədər BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılmasına səs verib.

“Terefsiz.az” AFP-yə istinadə xəbər verir ki, ABŞ İranda son aylarda davam edən etirazlar zamanı qadınların hüquqlarının pozulmasını əsas gətirərək bu ölkənin komissiyadan çıxarılması təşəbbüsü ilə çıxış edib.

29 ölkə çıxarılmanın lehinə, 8-i əleyhinə, 16-sı bitərəf qalıb. Avstriya, Argentina, Belçika, Benin, Bolqarıstan, Böyük Britaniya, Qvatemala, Yunanıstan, İsrail, İtaliya, Danimarka, Kanada, Kolumbiya, Latviya, Liberiya, Liviya, Yeni Zelandiya, Panama, Peru, Portuqaliya, Koreya Respublikası, ABŞ, Finlandiya, Fransa, Xorvatiya, Monteneqro, Çexiya, Çili və Yaponiya lehinə səs verib.

Boliviya, Zimbabve, Qazaxıstan, Çin, Nigeriya, Nikaraqua, Oman və Rusiya əleyhinə səs verib.

Banqladeş, Beliz, Botsvana, Qabon, Hindistan, İndoneziya, Kot-d’İvuar, Mavrikiy, Meksika, Madaqaskar, Konqo Respublikası, Solomon adaları, Tayland, Tanzaniya, Tunis və Esvatini isə bitərəf qalıb.

terefsiz.az