Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Qətərdə keçirilən dünya çempionatının simvolik “11-liy”ini açıqlayıb.
“Terefsiz.az” xəbər verir ki, rəmzi komandada turnirin 4 yığmasının futbolçuları yer alıb.
Finalçılar Argentina və Fransa, həmçinin, yarımfinala qədər irəliləyən Mərakeş millisi 3, bürünc mükafata layiq görülən Xorvatiya seçməsi isə 2 oyunçu ilə təmsil olunub.
Qapıçı: Emiliano Martines (Argentina);
Müdafiəçilər: Əşrəf Hakimi, Romen Saiss (hər ikisi Mərakeş), Yoşko Qvardiol (Xorvatiya), Teo Ernandes (Fransa);
Yarımmüdafiəçilər: Sofyan Amrabat (Mərakeş), Luka Modriç (Xorvatiya), Antuan Qrizmann (Fransa);
Hücumçular: Lionel Messi, Julian Alvares (hər ikisi Argentina), Kilian Mbappe (Fransa).
Qeyd edək ki, finalda Fransa üzərində (3:3, penaltilərlə 4:2) qələbə qazanan Argentina millisi dünya çempionu olub.