Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib.
“Terefsiz.az”ın xəbərinə görə, o, bu barədə qərarını Ali Məclisin dünən keçirilən növbədənkənar iclasında açıqlayıb.
Qeyd edək ki, V.Talıbov 1960-cı ilin yanvarın 14-də Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olub. O, 1995-ci ilin dekabrın 16-dan,2022-ci il dekabrın 21-ə qədər qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi.