İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələdi

0
282

İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələdi

Terefsiz.az saytı xəbər verir ki, Vaşinqton konkret güc tətbiq etsə, İran ABŞ-a başından zərbə endirəcək.

Bu bəyanatı İran İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalı Əmir-Əli Hacızadə verib.

“Əgər amerikalılar addım atsalar, biz onları başından vuracağıq. Amerikalı hərbçilərin regionda mövcudluğu ciddi təhlükə yarada bilər. Lakin indi təhlükə reallığa çevrilib.”

Bir həftə əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bəyan etmişdi ki, Ştatlar İran sahillərinə “Avraam Linkoln” hərbi gəmisini göndərəcək. Onun sözlərinə görə, bu, İran rejiminə ABŞ-ın maraqlarına cavab verməyən addımlar atmamaq üçün açıq siqnal olacaq.

Mayın 9-da ABŞ-ın hərbi dəniz donanmasına məxsus “Avraam Linkoln”  təyyarədaşıyan gəmisinin Misirdə Süveyş kanalını keçməsi barədə məlumat yayıldı.

Öz növbəsində İran prezidenti Həsən Ruhani Avropa ölkələrinə danışıqlar üçün 60  gün verdiyini bildirmişdi.

Eyni zamanda İran İslam Respublikasının “Xatəmul Ənbiya” qərargahının komandiri general-mayor Qulam Əli Rəşid   İrana qarşı aparılan müharibə bütün region ölkələrinə baha başa gələ bilər.

“Biz ümid edirik ki, qonşu ölkələr ABŞ-ın və israillilərin maraqlarına uyğun gələn addımlar atmaqdan çəkinəcəklər. Bu kimi addımlar regionda gərginliyin artmasına və müharibə ocaqlarının yaranmasına səbəb olar və bütün region ölkələrinə baha başa gələr”.

Terefsiz.az