“İşğal dövründə azərbaycanlı qardaşlarımızın Ərzuma yardımlarını yüksək qiymətləndiririk”.
“Terefsiz.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda yerli sakinlərlə görüşü zamanı deyib.
O xatırladıb ki, Ərzurum 1916-cı ildə işğal edilib:
“13 min ərzurumlu işğal dövründə qətlə yetirilib. Dünya ictimaiyyəti bunu görmədi. Ermənilərin həmin dövrdə törətdikləri qətliamlar unudulmayıb”.
Ərdoğan, həmçinin xatırladıb ki, 2 il sonra Kazım Qara Bəkir Paşanın rəhbərliyi ilə Ərzurum işğaldan azad edilib.