İtaliyalı nazir: “Rusiya məğlub olduğunu görsə, nüvə silahından istifadə edəcək”

0
76

“Rusiya məğlub olduğunu görsə, nüvə silahından istifadəyə cəsarət edəcək”.

“Terefsiz.az xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Guido Krosetto yerli KİV-ə müsahibəsində deyib.

O bildirib ki, Rusiyanın planında taktiki nüvə silahından istifadə məsələsi var: “Bizim üçün bu, ağlasığmazdır. Lakin Moskva, geri dönüşün olmadığını görsə, buna gedəcək”.

Nazir əmin edib ki, Rusiyanın sonuncu əsgəri Ukraynanın suveren torpaqlarını tərk edənə qədər Roma Kiyevlə yanaşı dayanacaq: “Biz Ukraynaya özünü qorumaqda kömək edəcəyik. Rusiya keçməməli olduğu sərhədi keçib”.

G.Krosetto İraliyanın Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin edəcəyinə söz verib. O deyib ki, lakin bu prosedur bir qədər vaxt aparacaq.

terefsiz.az