KİV: “Ağ ev Konqresdən “F-16” qırıcılarının Türkiyəyə satılması üçün icazə istəyir”

0
73

Ağ ev “F-16” qırıcılarının Türkiyəyə satışı üçün Konqresdən icazə almaq niyyətindədir.

“Terefsiz.az” xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ administrasiyasının nümayəndələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, söhbət 40 yeni qırıcının, eləcə də artıq Türkiyədə istismarda olan bu tipli 79 təyyarənin modernləşdirilməsi üçün komplektlərinin satışından gedir. Bundan əlavə, ABŞ Türkiyəyə 900 “hava-hava” raketi və 800 aviabomba satmaq niyyətindədir.

Qəzetin yazdığına görə, silah satışı ilə bağlı qərarın Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun yanvarın 17-18-də ABŞ-yə planlaşdırılan səfəri ilə üst-üstə düşəcəyi istisna edilmir.

Nəşr qeyd edib ki, “F-16”nın Türkiyəyə satılması qərarı ilə eyni vaxtda ABŞ qanunvericiləri Yunanıstana ən azı 30 ədəd beşinci nəsil “F-35” qırıcılarının satışını təsdiqləyə bilərlər. Qəzet işarə edib ki, bu, Vaşinqton və Ankara arasında mümkün sövdələşmə ilə bağlı Afinada narazılığın dərəcəsini azaldacaq.

terefsiz.az