Əməkdar artist Tünzalə Əliyeva vəfat edib

0
71

Azərbaycanın Əməkdar artisti Tünzalə Əliyeva vəfat edib

Qeyd edək ki, Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsinə qəbul olub. Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışıb. Sonra Gəncəyə qayıdıb bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib.

Oradan çıxıb Bakıya gəlib və C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyib. Bu teatrın səhnəsində Qəmər (Ə. Əmirli, “Müqəddəs Valentin günü”), Natella (M. Haqverdiyev, “Qısqanc ürəklər”), Şahnaz (A. Rəhimov “Pul hərisləri”), Qadın (H. Mirələmov, “Ləyaqət”), Mehriban (Ə. Nesin, “Toros canavarı”), Gülzar (Elçin, “Poçt Şöbəsində xəyal”), Sənəm (Ü. Hacıbəyov, “O olmasın, bu olsun”), Nanı Kişi (İftixar, “Dan yeri söküləndə”) rollarını uğurla ifa edib. Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında “İzinlə”, “Vətənim” və “Gülüş qatarı” verilişlərinin aparıcısı olub.

ATV kanalında nümayiş etdirilən “Çal-Çağır” şou proqramının aparıcısı olan “Toppuş bacı” obrazının ifaçısıdır. ATV kanalında “Gülmək qadağandır” şou proqramının aparıcı idi.

T.Əliyeva onkoloji xəstəlikdən dünyasını dəyişib.

Allah rəhmət eləsin!

terefsiz.az