Kanada hökuməti Müdafiə Nazirliyinin balansında olan dörd “Leopard 2” tankını Ukraynaya təhvil verəcək.
“Terefsiz.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Anita Anand bildirib.
Anand əlavə edib ki, Ottava həmçinin Ukrayna hərbçilərinə texnikanın istifadəsi üzrə təlim keçmək üçün kanadalı təlimatçılar təqdim edəcək.