İstanbulda avtobus qəzasında yaralanan Azərbaycan vətəndaşı ölüb

0
76

Türkiyənin İstanbul şəhərinin Bağçalıevlər rayonunda marşrut avtobusunun dayanacaqda gözləyən sakinlərə, daha sonra isə mikroavtobusa çırpılması nəticəsində yaralanan Azərbaycan vətəndaşı Əhməd Rzayev həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.

“Terefsiz.az” İHA-ya istinadən xəbər verir ki, beləliklə, hadisədə ölənlərin sayı 2-yə yüksəlib, yaralıların sayı isə 4 olub.

Qeyd edək ki, hadisə ötən gün baş verib.

terefsiz.az