Zəlzələ Suriyada da dağıntılara yol açıb, ölənlər var

0
91

Ocağı Türkiyədə qeydə alınan 7.4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.

“Terefsiz.az” “Al Jazeera”ya istinadən xəbər verir ki, dağıntılar altından artıq 6 nəfərin meyiti çıxarılıb.

Dağıntılar ölkənin əsasən Hələb və İdlib bölgələrində qeydə alınıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin mərkəzi və cənub ərazilərində güclü zəlzələ olub. Dağıntılar altında çox sayda insanların qaldığı bildirilir.

terefsiz.az