“Neftçi”nin hazırlıq planı açıqlandı

0
216

“Neftçi”nin hazırlıq planı açıqlandı

“Neftçi” komandasının 2019/2020-ci illər mövsümü üçün hazırlıq planı müəyyənləşib.

Terefsiz.az saytı klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırlığın ilk mərhələsi iyunun 10-dan 15-dək Bakıda olacaq. Bu müddət ərzində tibbi baxışdan keçəcək komanda üzvləri fiziki testləri də yerinə yetirəcəklər.

Təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 15-dən iyulun 1-dək Türkiyədə olacaq. Topuk yaylası bölgəsində yerləşən “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq komanda qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-si, 25-i və 30-da olacaq.

Rəqiblər haqda isə hələlik məlumat verilmir.

Terefsiz.az