Bənövşə Mahmudqızı haqqında məlumat və yeni şeirləri

0
1215

Bənövşə Mahmudqızı – şair – yazar.
16.11.1994 – ci il Bakı şəhərində anadan olmuşdur. 2001-2012 – ci illər Mirzə Xosrov Axundzadə adına 102 nömrəli orta məktəbdə orta təhsil almışdır. 2012 – 2016 – cı illərdə isə ADPU – də Filologiya və təhsildə psixoloji xidmət fakültəsində, Məktəbəqədər təlim və tərbiyə ixtisasında təhsilini almışdır. Əslən qərbi azərbaycanlıdır. Hazırda Terefsiz.az saytının rəhbəridir. Yaradıcılığa çox kiçik yaşlarından başlamışdır. 10 ildən çox bir zamanı əhatə edir ki, bu zaman çərçivəsində bir çox nailiyyətlərə imza atmışdır. 17 yaşında olarkən ilk ” Bənövşə sevgisi ” adlı şeir kitabı çap olunmuşdur. Əsərləri ( şeirlər, hekayələr, esseler ) müxtəlif KİV – də ( kultur.az, sim-sim.az, manera.az, ” Nəbz “, ” Təhsil Problemləri “, ” Oxu məni “, ” Ədəbiyyat “, ” Palitra ” vəs ) çap olunmuşdur. Müxtəlif ədəbi tədbirlərdə iştirak etməklə yanaşı, 13.11.2016 tarixində ilk şəxsi və böyük ” Bənövşəyi Hislər ” adlı şeir gecəsi və 15.01.2017 tarixində isə gənc gitarist Eren Mumcu ilə birliktə çıxış etdiyi ” Birinci addım ” Şeir və Musiqi Konsertini, həmçinin, ” Şeir yazan qadın ” adlı şeir konsertini həyata keçirmişdir.
Bənövşə Mahmudqızının əsərləri ilə tanış olmaq istəyənlər aşağıdakı linkə daxil olaraq, səhifəni bəyənib, əsərlərlə tanış ola bilərlər;

https://www.facebook.com/BenovsheMahmudgizi?mibextid=ZbWKwL

Rəsmi Telegram kanalı;

http://Şəxsi kanal https://t.me/BenovsheMahmudqizi

 

” BORC ”

Hər kəsin içində bir buruqluq vardır.
Bir coşğunluq, bir durğunluq vardır.
Bir də qudurğanlar var;
Quldurların balası,
İnsanlığın bəlası…
Hər kitab oxuyan adam olmur ki…
Alim, yazıçı, şair olmadığı kimi…
Elə insanlar vardır, yeri dolmur ,
Elə insanlar vardır, könüllərdə yeri olmur.
Buna özü qoymur.
Təkəbbür, lovğalıq və ağalıq…
Bir də görür, budur çatıb qocalıq.
O hamıdan tənha!
Təsəvvür edin,
Qaytarılmaz borclar verir,
Bir zəng üçün, söhbət üçün.
Səhv salmayın, kömək etmir.
Borc verir, borca verir pulları.
Aldadanlar aldandı deyə sanır,
Əsl o kəs özünü aldadır,
Elə borc verdiklərini də.
Pul olmayanda adam sayılmır,
İnsan adam yerinə qoyulmur deyirlər.
Daha bilmirlər ki, sayılmaq,
Adam yerinə qoyulmaq üçün
Borc verən tənhalar var.
Eh… Bu dünyada daha nələr var…!

Bənövşə Mahmudqızı

 

” Tez böyüyən balaca ”

Tez böyümək istəyən bir balaca varıydı.
Böyüklərin etdiyin həmişə düz sayardı.
Nə bilsin ki, balaca
Düz bildiyi böyüklər
Onun həyatında da
Böyük səhvlər qoyacaq.
Öz istədiyi tək vaxtından tez böyüdü,
Səhvlərlə, doğrularla,
Böyüklüyə yüyürdü.
Yavaş-yavaş anladı,
Böyük olmaq yük idi.
Başaşağı dünyada alnıaçıq, başı dik
Elə böyümək idi.
Hamı belə böyümür,
Bunu o da bilmirdi.
Bilmirdi ki, böyüklər uşaqlara da düşmən,
Nəyinki canlılara,
İnsanlığa da düşmən.
O uşaq canı ilə,
Elə ən çox düşünən,
Balaca böyük idi.
İndi zaman gəlib ki,
Böyük olmaq istəmir.
Böyümüş balacanın,
O balaca ürəyin
Vardır böyük diləyi;
Cahillik bu dünyada heç vaxt qalib gəlməsin,
Nə qədər çətin də olsa,
Kamilliyə gedən yol,
Çatdığı yolu olsun,
Son nəfəsinədək faydalı insan olsun!

Bənövşə Mahmudqızı

 

TEREFSİZ.AZ