Bir az dini, bir az romantik, bir az iqtisadi bayram – Sevgililər günü! ( Ətraflı məlumat haqda linkə daxil olun )

0
1107

Qədim Romada 14 fevral günü bütün romalılar üçün əhəmiyyətli bir gün idi. Bu gündə Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq qəbul edilən ilaha hörmət əlaməti olaraq tətil və şənlik edilərdi.

15 fevral günündə isə Luperkalia Bayramı başlayırdı. Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun səbəbi isə həyatları qəti qaydalar ilə məhdudlaşdırılmış, bunun təbii nəticəsi olaraq birlikdə həyata şansı olmayan bu gənclər yalnız bu bayram müddətində belə olsa bir-birlərinin partneri olurdular. Hansı gənc qadının hansı gənc kişi ilə bir cüt meydana gətirəcəyi köhnə bir ənənə olan və Luperkalia Bayramının ərəfə günü edilən bir püşk ilə müəyyən olurdu. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarının üzərinə yazıb bir qaba qoyurdular. Gənc Romalı kişilər isə qabdan bu kağızları çəkərək üzərində hansı qızın adı yazılıbsa o qızla bayram əyləncələri boyunca birlikdə cinsi həyat yaşayırdılar.

III əsrdə Roma imperiyasına başçılıq edən İmperator II Kladius tarix qaynaqlarında bu hallara son qoymaq istəyən əxlaqi dəyərlərə önəm verən bir imperator kimi xarakterizə olunub. Onun hətta ordunun güclənməsi və nizam-intizamın qorunması üçün orduda xidmət edən gənclərə müvəqqəti olaraq evlənməyi qadağan etdiyi də tarixi qaynaqlarda göstərilib.

O zamanlar Valentin Romada rahib idi. Valentin imperatorun Luperkalia bayramını qadağan etməsinə baxmayaraq, gizli şəkildə qızlarla oğlanları görüşdürməkdə, onların bu müvəqqəti görüşünü də xristianlıq qaydaları ilə guya qanuniləşdirməkdə davam edirmiş. (Katoliklər də bu fakta dayanaraq iddia edirdilər ki, rahib Valentin xristianlığı təbliğ etdiyi üçün öldürülüb.) İmperator da onun bu hərəkətlərindən xəbər tutaraq zindana atdırır və döydürərək, təhqiramiz formada öldürtdürür. Valentin 14 fevral tairixində xristian məzarlığında dəfn edilir.

Rahib Valentin barədə tarixdə keçən maraqlı faktlardan biri də onun həbsxanadan öz yoldaşlarına, xüsusən də keşiş dostu Mariusa “Valentini unutma”, “Səni sevirəm” deyə məktublar göndərməsidir. Bu fakt ümumiyyətlə, Valentinin eyni zamanda bir homoseksual olduğu fərziyyəsini də önə çəkir.

14 Fevral Müqəddəs Valentin Günü müxtəlif xristian məzhəblərində qeyd olunur; məsələn, Anglikan Birliyi təqvimində,bayram günü kimi Lüteran kilsəsinin təqvimində göstərilir . Ancaq 1969-cu ildə 14 Fevral Müqəddəs Valentin günü Ümumi Roma Təqvimindən çıxarıldı səbəb kimi isə , Müqəddəs Valentin haqqında 14 fevralda Via Flaminiya üzərində dəfn olunmasından başqa heç nə məlum olmadığı göstərilir.

 

İngilis tarixçisi Con Foks qeyd edir ki, Valentinin Müqəddəs Hippolitus qəbiristanlığının yaxınlığında yerləşən Romadakı Praxedes Kilsəsində dəfn edildiyini bildirir. Bu əmrdə deyilir ki, əfsanəyə görə “Culiya özü məzarının yanında çəhrayı çiçəkli bir badam ağacı əkdi. Buna görə də indi badam ağacı məhəbbət və dostluğun rəmzidir”

Başqa bir əfsanəyə görə Müqəddəs Valentin,əsgərlərə Allahın sevgisini daim xatırlamaq üçün öz perqamentlərini ürəklərinin üzərindən kəsmələrini deyib buna görə də ürəyi sevginin simvolu hesab edirlər.

 

14 fevralın “Valentin günü”adı altında açıq-aşkar qeyd edilməsi rahib Valentinin ölümündən təxminən 226 il sonraya təsadüf edir. Papa Gelasius tərəfindən 496-cı ildə Roma bütpərəstlərindən qalan “Luperkalia” bayramının adı rahib Valentinin şərəfinə dəyişdirilir. Addəyişmənin səbəbinə gəlincə isə, xristian ruhanilər Romadakı bütpərəstlərin “Luperkalia” bayramına xristian gənclərin də qatıldığından və bütpərəst qızlarla əylənmələrindən narahat olduqlarından ,gənclərin heç olmasa xristianlığa bağlı adı olan bir şənlikdə – “Müqəddəs Valentin günü”ndə əylənmələrini təmin etdilər. Bununla da həmin bu “Valentin günü” meydana çıxdı. Başqa sözlə, Xristian kilsəsi Roma bütpərəstlərinin 15 fevralda keçirdikləri kütləvi aşkar əxlaqsızlıq bayramlarını Papa Gelasiusun təşəbbüsü ilə 1 gün əvvəlki tarixə – 14 fevrala rəsmiləşdirdi.

 

İllər keçdikcə yavaş-yavaş 14 fevral sevgililərin, aşiqlərin bir-birlərinə eşq mesajları göndərdiyi bir günə çevrildi. Bununla pararel olaraq “Müqəddəs Valentin” də xristianlar arasında bütün sevənlərin qoruyucu əzizi halına gəlib belə xatırlanmağa başlandı. Sevgililər Günü 1800-cü illərdən sonra Amerikada Ester Hovlandın ilk Sevgililər Günü kartını göndərməsindən bu yana indiki vaxtda daha çox sayda insanın qeyd etdiyi ictimai bir hadisə halına gəldi. Bunun təbii nəticəsi olaraq hadisənin ticarət istiqaməti çox inkişaf etdi. Az qala hər kəs hər il 14 fevralda sevgililərinə və ya yoldaşlarına bu günün ruhu ilə inteqrasiya olunan, qarşı tərəfə sevgilərini izah edən hədiyyələr verir. Bu hədiyyələrin başında isə sadə, amma bir o qədər mənalı çiçəklər gəlir.

Sevgililər gününü bəzi müsəlman ölkələri qeyd etmir. Özbəkistan, Türkmənistan, Malayziya, İndoneziya, İran, Səudiyyə Ərəbistanı və Pakistan Sevgililər Gününü qeyd etməyən ölkələrdir.

 

Hər il fevralın 14-də qeyd olunan müqəddəs Valentin günü insanlara onların bir-birlərinə olan sevgi duyğularını açıqcalar, çiçəklər və ya şokolad qutuları və məhəbbət mesajları ilə bildirməsi üçün bir imkandır.

Doğrudanmı belədir? Biz bu bayramın kökləri haqqında həqiqətən də çox az bilirk. Bəziləri inanırlar ki, bütün dünyada sevgi və romantikanı qeyd edən bu yeganə günün müasir versiyası kommersiya qazancı götürmək istəyən marketinqiçilərin ixtirasıdır.

Beləliklə, biz ilin ən sevgili günü haqqında həqiqəti bilirikmi?

Xristianlığa qədərki köklər

Valentin günü Roma imperiyasında üç gün qeyd edilən Luperkaliya bayramından qaynaqlanan çox qədim ənənədir.

Münbitlik və məhsuldarlıq allahına həsr olunmuş bu bayram fevralın ortalarına təsadüf edərdi və rəsmən baharın başlanğıcı sayılırdı.

Bu bayramda oğlanlar qutudan qızların adlarını çıxarardılar. Beləliklə, bayram günlərində oğlan və onun seçdiyi (adını qutudan çıxardığı) qızla sevgili olar və yəqin ki, hətta onlar sonradan evlənərdilər də.

Sonrakı əsrlərdə kilsə bütpərəst bayramları ləğv etməyə başlayanda, bu günü müqəddəs Valentinin xatirəsinə həsr olunmuş xristian bayramına çevirib.

Rəqib şəhidlər

İlk rəsmi müqəddəs Valentin günü 496-cı ilin 14 fevraılında Gelasius tərəfindən eyni adlı şəhid üçün elan edilib. Lakin söhbətin hansı şəhiddən getdiyini dəqiq bilmirik.

Ən geniş yayılmış versiyaya görə bu, üçüncü əsrdə edam olunmuş romalı keşiş olub.
Lakin onun bu günlə əlaqələndirilən azı iki adaş rəqibi var.

Onlardan biri Roma yaxınlığında, hazırda Terni kimi tanınan şəhərdən bir yepiskopdur.
İkincisi isə Afrikadan olan başqa bir şəhiddir.

İki müqəddəs Valentinlər barədə bilinən yalnız elə bunlardır və sözü gedən üç namizəddən ən geniş tanınanı nəhayət romalı keşiş olub.

Qanlı Valentin

Belə rəvayət olunur ki, imperator 2-ci Klavdius nikahı qadağan edibmiş, çünki evli kişilərdən və qadınlardan yaxşı döyüşçü olmurdu.

Valentin isə belə düşünürdü ki, nikah Allahın dünya üçün yaratdığı bir nemətdir. Buna görə də o, gizli nikahları təşkil edən təriqət yaratmışdı.

Qırmızı qızılgülləri həmişə müqəddəs Valentin günü ilə bağlayıblar.

Klavdius bundan xəbər tutanda, Valentin həbs edilmiş və ölümə məhkum olunmuşdu.
Burada zindanda o, onu məhbus edənin qızına aşiq olur və fevralın 14-ə təyin edilmiş edam günü ona üzərində “Sənin Valentinin” yazılmış açıqça göndərir. Müasir dövrümüzdə təbrik açıqçalarının göndərilməsi də məhz bu hadisədən sonra başlanıb.

Populyarlıq və kommersiyalaşma

Erkən xristianlar müqəddəs Valentin gününü qeyd etsələr də, orta əsrlərədək bu gün romantik sevgi və hədiyyələrlə bu qədər əlaqəli olmayıb.

Belə görünür ki, bu bayramın Britaniyada, sonra isə Avropada və Yeni Dünyada belə populyarlaması üçün ingilis ədəbiyyatının iki nəhənginə – Chaucer və Shakespeare-ə minnətdar olmalıyıq.

Sevgililərin bir-birinə kağız açıqcalar göndərməsi adəti orta əsrlərdə bərqərar olsa da, bu adət yalnız 19-cu əsrdə açıqçaların fabriklərdə çapına imkan verən sənaye inqilabından sonra bərqərar olub.

1916-cı ildə az tanınan “Hallmark Cards of Kansas City, Missouri” şirkəti “Valentin açıqcalarının” kütləvi istehsalı ilə bütün dünyada bu bayramın təbiətini dəyişib. Hazırda bu şirkət Valentin günündə 132 milyon açıqça satan sənayenin bir parçasıdır.
Bu gün bütün dünyada, xüsusilə də Birləşmiş Ştatlarda bayramlar həm də böyük biznesdir. Milli Pərakəndə Satış Federasiyasının keçirdiyi Valentin Günü İstehlakçının Xərcləməsinə dair sorğuya görə bu il Birləşmiş Ştatlarda Valentin gününün hədiyyələrinə və təbrik açıqçalarına 18, 9 milyard dollar xərclənəcək.

Bu isə Valentin gününü qeyd edən hər bir amerikalının orta hesabla şirniyyata, gül-çiçəyə, pal-paltara və sairə 141, 31 dollar xərcləməsi deməkdir.

Beləliklə, bu gün bir az dini, biz az romantik və bir az da kommersiya elementlərini özündə ehtiva edib. Bəziləri deyə bilərlər ki, elə sevginin özü də belədir!

TEREFSİZ.AZ