Yer kürəsinin fırlandığını niyə hiss etmirik? – Məqalə

0
389

Biz 4,5 milyard il əvvəl hərəkətə başlamış bir qatarın sərnişinləriyik.Lakin,qatarda olduğumuza dair heç bir əlamət yoxdur. Bunun səbəbi nə ola bilər?

Biz Yer kürəsinin fırlanmağını hiss etmirik; çünki atmosfer, quru sahəsi, dağlar və Yerdəki hər şey eyni sabit sürətlə fırlanmağa davam edir.

Amma bunu anlamaq lazımdır: Yer saniyədə 460 metr sürətlə fırlansa da, səthdə bu sürətin bucaq sürəti diametri 12742 kilometr olan nəhəng bir göy cismi üçün olduqca kiçikdir. Nə qədər kiçikdir? Bunu belə düşünün: Yer kürəsi bütün sürətinə baxmayaraq, o qədər yavaş fırlanır ki, bir tam inqilabı tamamlamaq üçün düz 24 saat vaxt lazımdır!

Beləliklə, Yerin fırlanmasını hiss etməməyimizin əsas səbəbi fırlanmanın bucaq sürətinin çox yavaş olmağıdır. Yer 1 saniyədə cəmi 0,00416666654 dərəcə fırlanır (1 tam dövr 360 dərəcədir). Bu, 1 saat ərzində təxminən 15 dərəcədir. Bu, yəqin ki, 1 saat ərzində başınızı hazırda baxdığınız kompüter ekranının bir tərəfindən digər tərəfinə çevirməyə bərabərdir!

Dünya dönürsə, niyə biz heç vaxt hiss etmirik?

Bu, avtomobilə və ya təyyarəyə mindiyimiz zaman etdiyimiz səyahətlə eyni konsepsiyadır. Yaxın bir misal göstərmək üçün, jumbo reaktiv (böyük reaktiv təyyarə) Ekvatorda ölçülən Yerin fırlanma sürətinin təxminən yarısı qədər sürətlə (800 km/saat) hərəkət edə bilər. Biz bu sürəti iki qat artırsaq da,yenə də təyyarədə heç nə hiss etməyəcəkdik.

Gözlərimizi yumanda,heç də təyarrə ilə getdiyimizi hiss etməyəcəkdik. Stüardessa çayımızı və ya  moruq və ananas şirəmizi gətirəndə, qarışığın  olan olduğu şüşə və ya qab təyyarənin arxasına uçub divara yapışmazdı. Bunun səbəbi şüşənin, qarışığın olduğu qabın, stüardessanın və sizin eyni sürətlə hərəkət etməyinizdir.

Eynilə, Yer müəyyən bir sürətlə hərəkət edir və biz hamımız onunla ayaqlaşırıq. İndi jumbo jet nümunəsinə qayıdaq. Pilot qəflətən təyyarənin sürətini artırır və birdən yavaşlayır. Əvvəlcə oturacağımıza yapışarıq (şirəmizə və paltarımıza əlvida), sonra oturacağımızla aramızda bir qədər məsafə yaranır. Əgər Yer kürəsi də eyni şəkildə sürətlənə və yavaşlaya bilsəydi, bu dəyişiklikləri mütləq hiss edərdik! Ancaq dediyimiz kimi, Yer Günəş ətrafında nizamlı hərəkətini davam etdirdiyi üçün biz də bir sərnişin kimi davranmağa davam edəcəyik.

Əgər Yer qəfil sürətlənsəydi, bəlkə də sabit dayanmış olan biz insanlar, faciəvi şəkildə yerə yapışa bilərdik. Ayaqda qalmaq üçün isə yırğalanaraq tarazlığımızı qorumalı idik.

Qədim insanlar Ayın, Günəşin və digər ulduzların Yer kürəsi üzərində olduğunu düşünürdülər. Bunun səbəbi bu insanların Yerin hərəkətindən xəbərsiz olmaları idi. Onların fikrincə, Yer hərəkətsiz idi və Yer üzərində göy cisimləri hərəkət edirdi. Bu, müəyyən mənada, Yerimizin kainatın mərkəzi olduğuna inacın törəməsidir.

Təkamül biologiyasının bu işlə əlaqəsi varmı?

Bu vəziyyətə səbəb olan digər bir proses isə biologiyadan danışarkən həmişə düşünməli olduğumuz təkamül prosesləridir. Beynimiz sürət və təcili (sürətlənmənin miqdarını) hiss etmək üçün ixtisaslaşmışdır; çünki biz belə ovlayırıq, hərəkətlərimizi istiqamətləndiririk, mühitimizə uyğunlaşırıq. Əlbəttə ki, bir bakteriya və ya qurdun sürət və təcil qavrayışı bizim, qartalların, çitaların, ayıların qavraması ilə eyni deyil. Ancaq təkamül prosesində hər bir canlı  yaşadıqları mühitə ən uyğun olaraq seçilmişdir və beyinləri də buna uyğun olaraq formalaşmışdır.

Həyatın başlanğıcından bəri Yer kürəsi tədricən yavaşlayır; lakin bu yavaşlama dərəcəsi (yavaşlamanın təcili) inanılmaz dərəcədə azdır. Məsələn, Yerin əmələ gəlməsi zamanı Yer bir az daha sürətli fırlandığı üçün günlər daha qısa idi. Məsələn, hesablamalara görə, 650 milyon il əvvəl Yer kürəsində bir günün uzunluğu təxminən 19,9 saat idi. 400 milyon il əvvələ isə 1 günün uzunluğu 21 saata qədər artmış, illər isə 410 gün olmuşdur. Bu gün bir günün uzunluğu 23 saat 56 dəqiqə 4 saniyə, 1 il, 365 gün, 5 saat 46 dəqiqədir. Yəni Yer sürəti azaldıqca 1 gün uzanır, ona görə də 1 ildə günlərin sayı azalır. Ancaq bu dəyişiklik o qədər yavaş baş verir ki, biz bunu hiss edə bilmirik və təkamül prosesi buna uyğunlaşa bilir.

Mənbələr:

1. M Williams.T he Orbit Of Earth. How Long Is A Year On Earth? (21 noyabr 2014-cü il). Alındığı yer: Universe Today | Arxiv linki

2. F. Cain. How Long Is A Day On Earth? (5 noyabr 2015-ci il) .Alındığı Yer: Universe Today | Arxiv linki

3. A. K. Chen. Has The Earth’s Rotational Period Always Been 24 Hours? If Not, What Was It Before, And What Caused The Change?. (18 Avqust2011). Alındığı Yer: Quora | Arxiv linki

4 H. Post. Extra Second Added To Clocks As Earth Slows Down. (30 İyun 2012). Alındığı Yer: HuffPost | Arxiv linki

5. https://evrimagaci.org/

 

terefsiz.az