Batabatda qarın hündürlüyü yarım metrə çatır

0
138

“Naxçıvanda, Batabat gölü ətrafında qar örtüyünün hündürlüyü 30-50 sm arasında dəyişir. Ərazidə havanın temperaturu -13 dərəcədir”.

“Terefsiz.az”ın  “Report”a istinadən verdiyi xəbərə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda Batabat gölü ərazisində qarölçmə işləri həyata keçirilib. Məqsəd Naxçıvanın su ehtiyatlarını qiymətləndirməkdir.

terefsiz.az