Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) müfəttişləri belə qənaətə gəliblər ki, İran uranın 84%-ə qədər zənginləşdirilməsinə nail olub.
Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, AEBA müfəttişləri ötən həftə İranın 84%-ə qədər zənginləşdirilmiş uran aldığını müəyyən ediblər. Agentlik vurğulayıb ki, bu, ölkədə qeydə alınan yanacaq zənginləşdirmənin ən yüksək səviyyəsidir.
“Bloomberg” qeyd edib ki, nüvə silahı yaratmaq üçün uranın 90 %-ə qədər zənginləşdirilməsinə nail olmaq lazımdır