“Azərbaycanda hər 4 məktəbdən biri təmirlidir. Bu da müsbət haldır”.
“Terefsiz.az” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
O bildirib ki, hazırda ölkədə təxminən 800-dən çox məktəb qəzalı vəziyyətdədir: “Bu qədər məktəbi birdən-birə təmir edə bilmərik. Təmir və ya məktəb inşası mərhələli şəkildə aparılır. İlk olaraq ən böyük və daha pis vəziyyətdə olan məktəblərin bərpası plana salınır”.