Azərbaycanın Türkiyədə olan çevik xilasetmə qüvvələrinin növbəti qrupu Vətənə dönüb

0
87

Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin daha 236 nəfərlik qrupu Vətənə qayıdıb.

“Terefsiz.az”  “Report”a istinadən xəbər verir ki, xilasedicilər üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi keçirilib.

Tədbirdə FHN-nin Mülki müdafiə qoşunlarının komandanı general-leytenant İlham Abdullayev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov, Türkiyənin Azərbaycandakı səfirliyinin hərbi attaşesi general-mayor Zəkəriyyə Yalçın, general-mayor İlhan Şen, Media müşaviri Hüseyn Altınalan və mətbuat nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycandan qardaş ölkəyə ümumilikdə 760 nəfər axtarış-xilasetmə heyəti gedib.

terefsiz.az