Gürcüstan Prezidenti kütləvi etirazlar fonunda xalqa təcili müraciət edəcək

0
73

Gürcüstan Prezidenti Salome Zurabişvili xalqa təcili müraciət edəcək. Bu, “xarici agentlər”lə bağlı qalmaqallı qanun layihəsinə kütləvi etirazlar fonunda baş verəcək.

“Terefsiz.az”ın məlumatına görə, bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb.

“Gürcüstan Prezidenti Salome Zurabişvili Nyu-Yorkdakı bütün görüşləri ləğv edib. O, bir saat ərzində Gürcüstan xalqına təcili müraciət edəcək”, – administrasiyanın bəyanatında deyilir.

Xatırladaq ki, bu gün, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.

Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiyalar zamanı göz

terefsiz.az