Şimali Koreya şərq sahilində raket sınağı keçirib

0
77

Şimali Koreya növbəti raket buraxılışını həyata keçirib.

“Terefsiz.az”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadən xəbər verib.

Məlumata görə, raket Şimali Koreyanın şərq sahilində yerləşən Sinpo şəhəri yaxınlığında buraxılıb. Onun növü hələ müəyyən edilməyib.

“Yonhap” xatırladıb ki, sınaq ABŞ və Cənubi Koreyanın bazar ertəsi başlayacaq birgə hərbi təlimləri ərəfəsində baş tutub.

Bundan əvvəl Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat verib ki, KXDR hakimiyyəti ABŞ və Cənubi Koreyanın “Azadlıq qalxanı” təlimlərinə cavab olaraq praktiki hərbi çəkindirmə tədbirləri həyata keçirməyə söz verib.

Müvafiq qərar Şimali Koreya lideri Kim Çen Inın sədrliyi ilə Koreya Fəhlə Partiyası Mərkəzi Hərbi Komissiyasının genişləndirilmiş iclasında qəbul edilib.

terefsiz.az