“Hələ 14 yaşında qrossmeyster adını alıb” – Beynəlxalq Şahmat Federasiyası Azərbaycan şahmatçısı barədə

0
114

Beynəlxalq Şahmat Federasiyası (FİDE) Azərbaycan şahmatçısı Teymur Rəcəbovun hələ 14 yaşında qrossmeyster adını aldığını vurğulayaraq, tviter hesabında onun doğum günü münasibətilə xüsusi paylaşım edib.

“Terefsiz.az” xəbər verir ki, FİDE 12 mart tarixində 36 yaşı tamam olan şahmatçının 2747 xalla 10-cu pillədə qərarlaşdığını xüsusi olaraq qeyd edib.

“Teymur 2747 reytinqlə dünyada 10-cu yerdədir. O, 14 yaşında qrossmeyster oldu, pik reytinqi 2793, zirvə reytinqi isə 4-cüdür”, – paylaşımda vurğulanır.

Beynəlxalq Şahmat Federasiyası T.Rəcəbova doğum günündə xoş arzularını çatdırıb.

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyası fevralın 10-da yeni reytinq siyahısını açıqlayıb. Teymur Rəcəbov yenidən ilk “10-luğ”a düşüb.

terefsiz.az