UEFA Avropa Liqasında və UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərindəki mərasimdə bu raundun cütlükləri bəlli olub.
Bu mərhələdən etibarən istənilən ölkə təmsilçiləri bir-biriləri ilə qarşılaşa biləcəklər.
UEFA Avropa Liqası
1/4 final mərhələsi
“Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya)
“Yuventus” (İtaliya) – “Sportinq” (Portuqaliya)
“Bayer” (Almaniya) – “Union” (Belçika)
“Feyenoord” (Niderland) – “Roma” (İtaliya)
Püşkatma nəticəsində, həmçinin, yarımfinal cütlükləri və final matçının nominal meydan sahibləri müəyyənləşib.
Yarımfinal
1. “Yuventus” (İtaliya) – “Sportinq” (Portuqaliya) / “Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya)
2. “Feyenoord” (Niderland) – “Roma” (İtaliya) / “Bayer” (Almaniya) – “Union” (Belçika)
Final
1-ci cütün qalibi – 2-ci cütün qalibi
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq. Turnirin final görüşü isə mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutacaq.
UEFA Konfrans Liqası
1/4 final
“Lex” (Polşa) – “Fiorentina” (İtaliya)
“Gent” (Belçika) – “Vest Hem” (İngiltərə)
“AZ Alkmaar” – “Anderlext” (Belçika)
“Bazel” (İsveçrə) – “Nitsa” (Fransa)
Püşkatma nəticəsində yarımfinal cütlükləri və finalın nominal meydan sahibləri də müəyyənləşib.
Yarımfinal
“Lex” (Polşa) – “Fiorentina” (İtaliya) / “Bazel” (İsveçrə) – “Nitsa” (Fransa)
“Gent” (Belçika) – “Vest Hem” (İngiltərə) / “AZ Alkmaar” – “Anderlext” (Belçika)
Final
1-ci cütün qalibi – 2-ci cütün qalibi
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq. Turnirin final görüşü isə iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçiriləcək.