“Konyaspor” Mahir Emrelinin son durumunu açıqlayıb

0
56

Türkiyə “Konyaspor”u zədə səbəbindən Azərbaycan millisinin heyətindən çıxarılan Mahir Emrelinin son durumunu açıqlayıb.

“Terefsiz.az”ın məlumatına görə, 26 yaşlı hücumçunun qasıq nahiyyəsində ağrılarının olduğu bildirilib.

Qeyd olunub ki, təcrübəli forvard bir həftə fizioterapevt nəzarəti altında məşq edəcək.

Xatırladaq ki, Mahir Emreli “Konyaspor”un evdə “Qalatasaray”a 2:1 hesabı ilə qalib gəldiyi Türkiyə Super Liqasının XXVI tur oyununda zədələnib.

terefsiz.az