Blinken: “ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması səylərini bundan sonra da davam etdirəcək”

0
79

ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün səylərini bundan sonra da davam etdirəcək.

“Terefsiz.az” xəbər verir ki, Antoni Blinken bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında deyib.

Prezident İlham Əliyev Münxendə keçirilmiş görüşün davamı olaraq Azərbaycanın Qarabağdan olan erməni sakinlərlə təmaslara hazır olduğunu və bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən reinteqrasiya üzrə təmasları davam etdirmək və infrastruktur layihələrini müzakirə etmək üçün onların Bakıya dəvət edildiyini də xatırladıb.

terefsiz.az