NATO ölkələri Ukrayna üçün yeni silah istehsalı ilə bağlı razılığa gəlib.
“Terefsiz.az” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq açıqlamasında deyib.
Onun sözlərinə görə, Ukraynaya dəstək üçün döyüş sursatlarının istehsalı hazırda alyans ölkələrinin prioritet hədəfləri sırasındadır.
Stoltenberq əlavə edib ki, NATO-nun 30 ölkəsindən yeddisi hazırda müdafiə xərclərini ÜDM-in 2%-nə qədər artırmaq məqsədinə nail olub.
İyulda Vilnüsdə keçiriləcək sammitdə onlar yeni öhdəliklər götürməli və bu rəqəmi ÜDM-in 2%-dən çox artırmalıdırlar.
NATO, həmçinin sualtı kabellər və boru kəmərləri də daxil olmaqla infrastrukturun mühafizəsini gücləndirir.