Ərdoğan: “İraqlı qardaşlarımızdan gözləntimiz PKK-nı terror təşkilatı kimi tanımalarıdır”

0
68

“İraqlı qardaşlarımızdan gözləntimiz PKK-nı terror təşkilatı kimi tanımaları və torpaqlarını əli qanlı terrorçulardan təmizləmələridir”.

“Terefsiz.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Mərasimdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi, ticarət naziri Mehmet Muş, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu və İraq hökumətinin nümayəndə heyəti iştirak edib.

Mərasimdən sonra ikitərəfli, habelə nümayəndə heyətləri arasında çoxtərəfli görüşlər keçirilib.

İraqın Baş naziri ilə birgə mətbuat konfransı keçirən Rəcəb Tayyib Ərdoğan əmin olduğunu bildirib ki, tərəflər inkişaf yolu layihəsini regionun yeni İpək yoluna çevirəcək: “Türkiyə İraq xalqının əsl dostu olduğunu hər dəfə dilə gətirib. İraqın ərazi bütövlüyünün ən böyük müdafiəçisi yenə Türkiyədir”.

terefsiz.az