İsmayıllı və Şəmkirdə zəlzələ baş verib

0
77

İsmayıllı rayonunda 4,2 maqnitudada zəlzələ olub.

Bu barədə  Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Zəlzələ yerli vaxtla saat 11:09-da İsmayıllı stansiyasından 6 km şimalda qeydə alınıb.

Zəlzələ epsentirdə 4 bala qədər hiss olunub.

Şəmkir rayonunda isə 4 maqnitudada zəlzələ olub

Bu gün yerli vaxtla saat 12:27 radələrində Şəmkirdə zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib ki, yeraltı təkanlar Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

TEREFSİZ.AZ