Dini Komitənin sədri: “Biz siyasi məqsəd üçün din amilindən istifadə edənlərlə mübarizə aparmalıyıq”

0
63

“Biz siyasi məqsəd üçün din amilindən istifadə edənlərlə mübarizə aparmalıyıq”.

“Terefsiz.az” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” mövzusunda keçirilən iclasda deyib.

Onun sözlərinə görə, “Azərbaycan demokratik dövlət olduğundan kimsə dini inancına görə təqib olunmur və heç kimi də dini inanca sövq etmək olmaz. Heç kimi hansısa dini inancı və ayini zorla yerinə yetirməyə sövq etmək olmaz: “Heç kimin də öz dini inancını yerinə yetirməsinə maneə törətmək olmaz. Bunların hər ikisi Cinayət Məcəlləsinin maddələri ilə tənzimlənir. Din çox həssas mövzudur. Bu gün dindən siyasi məqsədlər üçün istifadə edən ölkələr var. Söhbət yalnız islam dinindən getmir. İslam terrorizmi adlı termin yoxdur. Dindən və islamdan istifadə edən radikallar, terrorçular var. Müqəddəs kitabların heç birində insanın insanı öldürməsinə çağırış edilmir. Dindən istifadə edib öz siyasi məqsədlərinə çatmaq istəyən, geopolitik maraqlarına çatmaq istəyən varsa, biz dövlət, millət olaraq qarşısında olmalıyıq”.

terefsiz.az