Komitə sədri: “Yeni islam anlayışı yoxdur, islam qaydaları, Qurani-Kərim dəyişməzdir”

0
67

“Heç bir ölkə yeni islam iddiasını ortaya ata bilməz. Yeni islam anlayışı yoxdur. İslam qaydaları, Qurani-Kərim dəyişməzdir”.

“Terefsiz.az” xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədrinin sözlərinə görə, Misirin, Pakistanın və yaxud bizimlə qonşu olan ölkələrin dövlət-din modeli tarixən formalaşıb və bu, həmin ölkənin özlərinə xasdır:

“Onu süni sürətdə bura gətirməliyikmi?! Onu bura gətirəndə əlbəttə, problemlər yaranacaq. Başqa dövlətin dövlət-din modelinin bura transfer edilməsinin qarşısını almaq üçün təşviqatı yüksək səviyyəyə qaldırmalıyıq”.

“Yeni islam anlayışı yoxdur, islam qaydaları, Qurani-Kərim dəyişməzdir”.

terefsiz.az