IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu yaxşılaşdırıb

0
63

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının 3 % artacağını proqnozlaşdırır.

“Terefsiz.az” xəbər verir ki, bu barədə IMF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının aprel sayında bildirilir.

Sənədə əsasən, bu, Fondun oktyabr proqnozu ilə müqayisədə 0,5 faiz bəndi çoxdur.

IMF gələn il və 2028-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % artacağını gözləyir.

Azərbaycan hökuməti ÜDM artımını 2023-cü ildə 2,7 %, 2024-cü ildə isə 4,1 % səviyyəsində proqnozlaşdırır.

2021-ci ildə ölkə iqtisadiyyatı 4,6 % artıb.

terefsiz.az