Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda illik inflyasiyanın 11,3 % səviyyəsində olacağını proqnozlaşdırır.
“Terefsiz.az” xəbər verir ki, bu barədə IMF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının aprel sayında bildirilir.
Sənədə əsasən, bu, Fondun oktyabr ayına olan proqnoz göstəricisi ilə müqayisədə 0,5 faiz bəndi çoxdur.
IMF gələn il Azərbaycanda inflyasiyanının 8 %, 2028-ci ildə isə 4 % səviyyəsində olacağını gözləyir.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsində inflyasiyanın 2022-2026-cı illərdə hər il orta hesabla 6,2 % olması proqnozlaşdırılıb. 2023-cü ildə isə 6,9 % səviyyəsində gözlənilir.
2022-ci ildə Azərbaycanda inflyasiya 13,9 % səviyyəsində qeydə alınıb.