Çavuşoğlu: “Azərbaycanla birlikdə Avropa ölkələrinə enerji tədarükünə kömək edəcəyik”

0
86

“Biz Azərbaycanla birlikdə Bolqarıstana və Cənub-Şərqi Avropa ölkələrinə enerji tədarükünə kömək etməyə çalışırıq”.

“Terefsiz.az” “Hurriyyət”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz dost və müttəfiq ölkələrə TANAP boru kəmərinin gücünü artırmaqla kömək edəcəyik və birlikdə işləyirik”, – nazir qeyd edib.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da TANAP-dan qazın Macarıstana çatdırılmasına Azərbaycanla birgə dəstək verməyə hazır olduqlarını demişdi.

Xatırladaq ki, TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. İndiyə kimi Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) Qaz Boru Kəmərləri vasitəsilə Türkiyə və Avropaya 43 milyard kubmetrə yaxın qaz tədarük edilib.

terefsiz.az