Sudanda toqquşmalarda azı 25 nəfər ölüb, 183 nəfər yaralanıb

0
83

Sudanda baş verən toqquşmalarda azı 25 nəfər ölüb, 183 nəfər yaralanıb.

“Terefsiz.az”ın məlumatına görə, bu barədə “Reuters” ölkənin Mərkəzi Həkimlər Komitəsinə istinadən xəbər verib.

“Sudanın Mərkəzi Həkimlər Komitəsi ölkə üzrə toqquşmalar zamanı azı 25 nəfərin öldüyünü, 183 nəfərin yaralandığını bildirib. Onların hamısının mülki şəxs olub-olmadığını müəyyən etmək mümkün deyil”, – xəbərdə qeyd olunur.

Daha əvvəl məlum olub ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bazar ertəsi, aprelin 17-də Sudanda vəziyyətin gərginləşməsini müzakirə edəcək.

terefsiz.az