Burkina Fasoda orduya hücum olub, onlarla hərbçi ölüb

0
66

Burkina Fasonun şimalında orduya və könüllü müdafiə qüvvələrinə hücum olub.

“Terefsiz.az” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Hücum nəticəsində naməlum şəxslər 40 nəfəri öldürüb, 33 nəfəri yaralayıb.

Bundan əvvəl Burkina Faso hakimiyyəti aprelin 13-də ölkə ərazisinin bir hissəsini ələ keçirmiş terrorçu qruplaşmaların yaraqlılarına qarşı mübarizə üçün ümumi səfərbərlik elan etmişdi.

Burkina Faso son illərdə Qərbi Afrikadakı radikal qrupların terror fəaliyyətinin episentrinə çevrilib.

terefsiz.az