Dünən Sumqayıtda azyaşlı oğlan idman məktəbində aldığı xəsarət səbəbindən vəfat edib.
“Terefsiz.az” xəbər verir ki, 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçiriyi cüdo-sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb. Azyaşlı dərhal Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.
Sumqayıt şəhər prokurorluğundan bildirilib ki, hadisəni törədən 1994-cü il təvəllüdlü Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Mehman Xəlilov 2019-cu ildə Minskdə keçiriln İkinci Avropa Oyunlarında sambo idman növü üzrə bürünc medal qazanıb. O, həmçinin digər yerli və beynəlxalq yarşlarda da yüksək nəticələr göstərib.
Həm azyaşlının, həm də məşqçinin yaxınları hələ də hadisənin şokunu yaşayırlar. Onlar həm də qohum imiş”.
Bu barədə Baku TV-nin süjetində bildirilib.
Ölən azyaşlının babası Ələsgər Məlikov deyir ki, Fərid Bakarov Mehman Xəlilovun sevimli tələbəsi olub.
Saxlanılan məşqçinin əmisi Əfqan Xəlilovun sözlərinə görə, Fərid Bakarovun ailəsi ilə yaxın qohumdurlar.
“Terefsiz.az” xəbər verir ki, sosial şəbəkələrdə F.Bakarovun ölümünə səbəb olan məşq prosesinin görüntüsü olduğu iddia edilən video yayılıb. Videoda məşqçinin özünü pis hiss edən uşağa qarşı həddən artıq aqressiv davrandığı, onun saçından tutub ayaq üstə qalmağa məcbur etdiyi, fiziki zor tətbiq etdiyi görünür.
Video keyfiyyətsiz olduğu üçün kadrlardakıların kimliyini dəqiq müəyyən etmək çətindir. Buna baxmayaraq, məşq zalı bundan öncə Mehman Xəlilovun Fərid Bakarovla məşq keçdiyini əks etdirən görüntüdəki zalın eynisidir.Həmin görüntünü təqdim edirik: