Rusiya XİN Moskvada Bakı və İrəvan arasında danışıqlar aparılacağı məlumatını təsdiqləyib

0
69

Rusiya sülh sazişinin layihəsi üzərində bundan sonra aparılacaq işin Bakı və İrəvan tərəfindən ikitərəfli əsasda davam edəcəyi mövqeyindən çıxış edir.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.

“Bu prosesə kömək edilməsində öz rolumuzu görürük, buna görə də danışıqların növbəti mərhələsi çərçivəsində görüş üçün Moskvanı təklif etmişik. Bizim əsas məqsədimiz regionda davamlı və dayanıqlı sülhü təmin etməkdir”, – deyə M.Zaxarova əlavə edib.

O, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar kompleksinin yerinə yetirilməsinin alternativi olmadığını vurğulayıb.

terefsiz.az