Ukrayna prezidenti Vladimir Zelenskinin andiçmə mərasiminin vaxtı məlum olub. İnauqurasiya mayın 20-də yerli vaxtla 10:00-da keçiriləcək.
Andiçmə gününün mayın 20-nə təyin olunması ilə bağlı Ali Radada keçirilən səsvermədə 315 deputat lehinə səs verib. Bu səs sayı inauqurasiya tarixinin dəqiqləşməsi üçün kifayət edib.
Xatırladaq ki, aprelin 21-də Ukraynada prezident seçkilərinin ikinci mərhələsi keçirilib. V.Zelenski ümumi səslərin 73 faizini toplayaraq, rəqibi, hazırkı Ukrayna prezidenti Pyotr Poroşenkoya (təxminən 24 faiz) qalib gəlib.
Terefsiz.az