Rusiya Ukraynanın qərbindəki vilayətə zərbə endirib, yaralılar var

0
87

Rusiyanın Ukraynanın qərbində yerləşən Ternopil vilayətinin mərkəzinə raket zərbəsi endirməsi nəticəsində 2 nəfər yaralanıb. Hadisə yerində yanğın başlayıb.

“Terefsiz.az” xəbər verir ki, bu barədə vilayətin rəhbəri Volodimir Truş teleqramda bildirib.

“İki mülki şəxs yaralanıb. Qəlpə yaraları və yanıqlar var. Zərərçəkənlər tibb müəssisələrindədirlər. Onlara bütün lazımi yardımlar göstərilir”, – Truş deyib.

Onun sözlərinə görə, zərbə ticarət müəssisələrinə və dini quruma məxsus anbarlara tuş gəlib. Yanğınsöndürənlər hadisə yerindədir və hələ ki alovlanmanın tam olaraq qarşısı alınmayıb.

“Mütəxəssislər bütün gecə hadisə yerində olacaq. Mən bütün Ternopil vilayətinin sakinlərindən xahiş edirəm ki, heç bir halda yanğın baş verən ərazinin yaxınlığında olmasınlar”, – o əlavə edib.

terefsiz.az