DİN Beyləqanda 15 yaşlı qızın ərə verilməsi iddialarına münasibət bildirib

0
59

Beyləqan rayonunda 15 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan iddialar Rayon Polis Şöbəsində araşdırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib.

O qeyd edib ki, həmin qız 17 yaşını tamamladığına görə, məsələ ilə əlaqədar qanunla nəzərdə tutulmuş – inzibati və cinayət məsuliyyəti yaranmayıb.

“Hazırda polis əməkdaşları tərəfindən valideynlərlə profilaktiki söhbətlər aparılır”, – DİN rəsmisi vurğulayıb.

terefsiz.az